"Xalq Sığorta" ASC aptek fəaliyyəti ilə məşğul olan sahibkarlara 'APTEKİM' sığortasını təklif edir. 'APTEKİM' sığortası daşınar əmlak sığortasıdır. Bu sığorta növü, aptekdə olan əczaçılıq mallarına dəyəcək zərərləri qarşılayır.
Bu sığorta növü üzrə təminat, yarana bilən zərərləri (yanğın, ildırım və partlayış; təbii fəlakətlər (zəlzələ, fırtına, torpaq sürüşməsi, sel, daşqın, qar ağırlığı, dolu); zor güc tətbiq etməklə oğurluq, qarət; üçüncü şəxslərin qərəzli ,qanunazidd hərəkətləri; daxili subasma və s.) əhatə edir.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq, yaxud müraciət forması göndərmək kifayətdir. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.