Avtomobil sahiblərinin rahatlığını və büdcəsini düşünərək yeni və daha sərfəli, büdcə dostu məhsul- “Plyus Kasko”-nu təklif edirik! Yeni məhsulumuzun üstün cəhəti odur ki, siz avtomobilinizi illik cəmi 70 AZN ödəməklə kasko sığortası etdirə bilərsiniz.
Bu sığorta növü mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisində istifadəsi zamanı fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq olunur
Avtonəqliyyat Vasitələrinin Könüllü Sığortası (KASKO)
Bu sığorta məhsulu, su nəqliyyat vasitəsi sahiblərinin və ya su nəqliyyat vasitəsinin istismarına aidiyyəti olan şəxslərin onlara məxsus olan və ya hüquqi olaraq icarəyə götürdükləri gəmilərin zədələnməsi, yaxud məhv olması hallarında sığorta təminatı verən dəniz sığortası növüdür.
Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası
Mürəkkəb və bahalı avadanlıq aldıqda, Sizin üçün onların daimi işlək vəziyyətdə olmağı zəruridir. Problemin bir hissəsini avadanlığa baxım və təmir işləri həll edə bilər.
Gürcüstana səyahət sığortası əldə etmək indi daha əlçatandır!
Yeni qaydaya əsasən 1 yanvar 2026-cı ildən etibarən Gürcüstana səfər
edəcək xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə
olan icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortaya malik olmalıdırlar.
Bu sığorta turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün əcnəbilər
üçün vacibdir. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL)
təşkil etməlidir. Sığortanın əsas məqsədi Gürcüstana gələn turistlərin tibbi risklər,
qəza və bədbəxt hadisələr zamanı maliyyə itkilərindən qorunmasını təmin etməkdir.
Siz də səyahət sığortasını bizdən əldə edərək Gürcüstan səfərinizi daha güvənli edin!