Azərbaycan sığorta bazarının aktiv və aparıcı şirkətlərindən olan “Xalq Sığorta” ASC “Kasko sığortası” növü üzrə mart ayında növbəti iri həcmli sığorta ödənişi həyata keçirib.
“Kasko sığortası” növü üzrə “Xalq Sığorta” ASC tərəfindən sığortalanan “Volvo XC90” markalı avtomobilinin cari ilin mart ayında avto qəzası baş verib. Sığorta hadisəsi nəticəsində “Volvo XC90” markalı avtomobil zədələnmiş və aparılmış qiymətləndirmənin nəticəsi olaraq, dəymiş zərərlə bağlı müştəriyə yekun olaraq 83,478 min manat ödəniş olunmuşdur.