Tibbi sığorta

Tibbi sığorta əhalinin sağlamlığının qorunması istiqamətində sosial müdafiənin bir formasıdır və sığortaçı tərəfindən toplanmış vəsait hesabına,  sığorta hadisəsi baş verdikdə göstərilən tibbi xidmətlərin ödənilməsinin təminatını ifadə edir.

 

Şirkətimizin təklif etdiyi tibbi sığorta müqaviləsi  sığorta hadisəsi (xəstəlik və ya xəsarət) baş verən zaman vətəndaşa sığorta şirkətinə ilk ödəniş etdiyi andan etibarən tibbi yardım (risk) göstərilməsi zamanı ortaya çıxan xərclərin ödənişini öz üzərinə götürür.

 

Şirkətimizdən münasib qiymətə əldə etdiyiniz Könüllü Tibbi Sığorta şəhadətnaməsi ölkənin aparıcı tibb müəssisələrində səmərəli qiymətlə keyfiyyətli tibbi yardım almanızı təmin edir. Müştərilərlə (ortaqlarla) əməkdaşlıqda çevik yanaşmaya üstünlük verərək, “Xalq Sığorta” şirkəti, Sizə müəyyən xüsusi məsələlərin həllini təmin edə biləcək və Sizin büdjə və biznes sahənizə ideal şəkildə uyğun ola biləcək fərdi sığorta məhsulu təklif edir.

 Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq  Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus  cəhətlərini nəzərə alan fərdi  sığorta proqramı tərtib edəcəklər.

Qaydalar