Vakansiyalar

Vəzifə: System Administrator /Sistem Administratoru

 

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

İş yeri: Bakı

 

Namizədə dair tələblər:

 

  • Ali texniki təhsil;
  • Rus və ingilis dilini bilənə üstünlük veriləcək;
  • Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
  • Şəbəkə protokolları (TCP/IP, UDP, ICMP və s.)
  • Windows Server 2012 (DC, DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarə olunması), SQL, 1C, Antivirus, Print, File, Application servers, Asan imza, Exchange, WSUS, Proxy Server and Windows 10 client;
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik;

Vəzifə öhdəlikləri:

 

  • IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
  • Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Fayl serverin, verilənlər bazasının idarə olunması serverlərinin, update serverləinin, antivirus serverlərinin və onların proqram təminatının fasiləsiz işini təmin etmək;
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
  • Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
  • Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
  • Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
  • Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
  • Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
  • İnfrasturkturda kənar şirkətlərin (ehtiyac olarsa) avadanlıq və proqram təminatnın quraşdırılmasında iştirak etmək və prosesə nəzarət etmək;
  • Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
  • Daimi şəkildə server və server avadanlıqlarının monitrinqini aparmaq, loqlama aparmaq;
  • Məlumatların saxlanmasını və konfidensiallığını təmin etmək;
  • İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sistem Administratoru / System Administrator) qeyd edərək,  hr@xalqsigorta.az  elektron ünvanına göndərilməsi xahiş olunur

Vəzifə:   Programmer / Developer

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

İş yeri: Bakı

 

Namizədə dair tələblər:

 

  • Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
  • Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
  • Funksional işlərin test edilməsi;
  • Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət.
  • Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq ;
  • T-SQL sorğularının təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
  • Proqram Təlimatlarının hazırlanması;
  • Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması;

 

Microsoft SQL Server biliklər:

 

  • Məlumat bazasının strukturu üzrə biliklər;
  • SQL sorğuların hazırlanması;
  • Stored procedure-ların hazırlanması, dəstəklənməsi;
  • Tələb olunan proqramlaşdırma biliklər və bacarıqlar;
  • MS SQL Texniki dəstək verilməsi;

 

Vəzifə öhdəlikləri:

 

  • Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
  • Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
  • Funksional işlərin test edilməsi;
  • Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət.
  • Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq;
  • Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
  • Proqram Təlimatlarının hazırlanması;
  • Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması;

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Proqramlaşdırma şöbəsinə Programmer / Developer) qeyd edərək,  hr@xalqsigorta.az  elektron ünvanına göndərilməsi xahiş olunur. 

 
CV burada yükləyə bilərsiniz: Download

Vəzifə: Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi (böyük mütəxəssisi/aparıcı mütəxəssisi)

 

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

İş yeri: Bakı

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

 

Namizədə dair tələblər:

 

  • Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);
  • Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
  • Dil bilikləri - Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması;
  • Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;
  • Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, komandada işləmək bacarığı və məsuliyyətlilik.

 

Vəzifə öhdəlikləri:

 

  • Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
  • Sığorta şərtlərini müəyyən etmək;
  • Sığorta və təkrarsığorta müqavilələrinin hazırlanması;
  • Şirkət daxildən şöbəyə göndərilən riskləri qiymətləndirmək
  • Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
  • Gündəlik və aylıq hesabatları düzgün aparmaq, rəhbərliyə təqdim etmək;
  • Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi) qeyd edərək,  hr@xalqsigorta.az  elektron ünvanına göndərilməsi xahiş olunur. 

Satış üzrə agent (Bakı, Sumqayıt,Gəncə,Lənkəran,İmişli, Qəbələ, Şamaxı, Mingəçevir, Balakən, Zaqatala, Salyan)

 

Vəzifə: Satış üzrə agent

 

Namizədə dair tələblər

  • Cinsi /K;
  • Yaş həddi 20-35
  • Azərbaycan dili(rus, dilini bilmək arzuolunandır
  • Komputer bilikləri; Microsoft Office proqramları üzrə biliyə malik olmaq;
  • Sürücülük vəsiqəsi (arzuolunandır);
  • Sığorta təcrübəsinin olması (arzuolunandır);


Vəzifəyə dair tələblər:

  • Danışıqlar aparmaq və müştərilərlə işləmək qabiliyyəti
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi
  • Ünsiyətcil, məsuliyətli, təmkinli olmaq komandada işləmək bacarığı
  • Riyazi hesablama aparmaq qabiliyyəti
  • Yaşadığınız region haqqında məlumatlara malik olmaq

İşin təsviri:

 

  • Müxtəlif sığorta növləri üzrə satışın təşkili,müştərilərə məsləhətlərin verilməsi
  • İstənilən sığorta növü üzrə sığorta şəhadətnamələrinin tərtibi, müştəri haqqında

  informasiyanın məlumat bazasına daxil edilməsi

  • Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının tərtib edilməsi                                                                                                                               • Sazişlə bağlı sənədlərin tərtibi və yığılması

 İş şəraiti

  • İş vaxtı 9.00-18.00
  • istirahət günü – bazar

 

 Əmək haqqı

300 AZN

 

Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.

 

CV burada yükləyə bilərsiniz: Download