Şirkət haqqında

Şirkət haqqında

2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkətin daxili siyasəti sayəsində biz, sığorta bazarındakı yüksək mövqeyimizi əminliklə qoruyur, ildən ilə müştərilərimizin sayını artırırıq.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 000333 saylı lisenziyasına əsasən Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.
Xalq Sığorta ASC Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 39 388 700 manat təşkil edir.

Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında Şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir. 

  

Xalq Sığorta aşağıdakılara zəmanət verir:

  • müştəri tələbatlarının təmin edilməsi üçün keyfiyyətli xidmət
  • lazımsız təminatlar və əsassız ödəmələr olmadan ən əlverişli sığorta növünün təqdim edilməsi
  • sığorta müddəti ərzində mümkün olan sığorta hadisələrinin tənzimlənməsində dəstək və hüquqi məsləhətlər
  • növbəti ödəmə haqqında və ya cari sığorta müqaviləsinin müddətinin başa çatması barəsində müştərilərin öncədən xəbərdar edilməsi.


    Xalq Sığortanın fəaliyyəti əsasında istənilən an müştərilər üçün açıq və rahat olmaq prinsipi durur. İstər məlumat aldıqda, istər xidmət əldə etdikdə, istərsə də sığorta hadisəsi baş verdikdə. Bunun sayəsində müştərilərimiz mümkün risklər haqqında deyil, yalnız öz biznesləri, mənfəət və inkişafları barəsində düşünə bilirlər.